Bolqarıstan qələbə ilə başladı
22.03.2024 - 20:38
Bolqarıstan qələbə ilə başladı

Bu gün FİFA-nın yeni layihəsi olan “FİFA series – Edition 2024”ün Bakıda keçiriləcək matçlarına start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günü "Liv Bona Dea Arena"da başlayıb.

Layihənin ilk qarşılaşmasında Tanzaniya və Bolqarıstan yığmaları üz-üzə gəlib. Afrika və Avropa təmsilçilərinin dueli tarixi hadisə ilə əlamətdar olub. İlk dəfə Afrika ölkələrindən birinin əsas millisi Bakıda meydana çıxıb. Oyun Bolqarıstan futbolçularının qələbəsi ilə yekunlaşıb. Matçda vurulan yeganə qolun müəllifi Despodov olub.

Qeyd edək ki, görüş saat 17:00-da başlayacaq. 

“FİFA series – Edition 2024”
22 mart
17:00. Tanzaniya – Bolqarıstan - 0:1
Qol:
 Kiril Despodov, 52
Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
"Liv Bona Dea Arena"

0