ÇL: “Fənərbaxça”nın rəqibi MÜƏYYƏNLƏŞDİ
12.08.2026 - 00:51
ÇL: “Fənərbaxça”nın rəqibi MÜƏYYƏNLƏŞDİ

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az xəbər verir ki, baş tutan matçlardan sonra "Fənərbaxça"nın pley-off mərhələsində rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi bu raundda "Lyon"la qarşılaşacaq.

Fransa klubu III təsnifat mərhələsində "Sparta Praqa"nı mübarizədən kənarlaşdırıb. İki oyunun ümumi nəticəsi 4:2 olub.