ÇL: Həftənin futbolçusu bəlli oldu
07.05.2026 - 21:25
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinin ən yaxşı oyunçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada "Arsenal"da çıxış edən Deklan Rays layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli yarımmüdafiəçi UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda PSJ-nin müdafiəçisi Vilyan Paçonu qabaqlayıb.
Qeyd edək ki, Deklan Rays "Arsenal"ın "Atletiko"nu 1:0 hesabı ilə məğlub etdiyi matçda 90 dəqiqə meydanda olub.
0
0