ÇL: PSJ-nin matçı italiyalılara həvalə olunub
13.04.2026 - 14:44
ÇL: PSJ-nin matçı italiyalılara həvalə olunub

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Liverpul” – PSJ matçının hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına həvalə olunub.

Oyunun baş hakimi Mauritsio Maryani olacaq. Ona yan xətt hakimləri Daniele Bindoni və Alberto Teqoni kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Matteo Marçetti yerinə yetirəcək.

Qeyd edək ki, matç aprelin 14-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.