DÇ-2026: 1/8 final cütləri bəlli oldu
04.07.2026 - 09:06
DÇ-2026: 1/8 final cütləri bəlli oldu

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin başa çatmasının ardından 1/8 finalın bütün iştirakçıları və cütləri dəqiqləşib.

Apasport.az xəbər verir ki, mundialın növbəti mərhələsində azarkeşləri bir-birindən maraqlı qarşılaşmalar gözləyir.

1/8 finalın cütləri:

•    Paraqvay – Fransa
•    Kanada – Mərakeş
•    Portuqaliya – İspaniya
•    ABŞ – Belçika
•    Braziliya – Norveç
•    Meksika – İngiltərə
•    Argentina – Misir
•    İsveçrə – Kolumbiya

Qeyd edək ki, 1/8 final oyunları iyulun 4-7-də keçiriləcək. Qalib komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.