Çexiya millisi dünya çempionatında 20 illik həsrətə son qoyub.
Apasport.az xəbər verir ki, Avropa təmsilçisi DÇ-2026-nın A qrupunda Cənubi Koreyaya 1:2 hesabı ilə uduzub.
Buna baxmayaraq, Çexiya yığması üçün matç əlamətdar olub. Görüşün 59-cu dəqiqəsində Ladislav Kreyçi başla fərqlənərək komandasının dünya çempionatlarında 20 ildən sonra ilk qolunu vurub.
Çexiya sonuncu dəfə 2006-cı il iyunun 12-də mundialda qol sevinci yaşamışdı. Həmin vaxt komanda qrup mərhələsində ABŞ-ni 3:0 hesabı ilə məğlub etmişdi. Qolları Yan Koller və dubl edən Tomaş Rositski vurmuşdu.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Çexiya millisi növbəti oyununu iyunun 18-də Cənubi Afrika Respublikasına qarşı keçirəcək.
- AL: “Beşiktaş” İngiltərə klubuna qarşı – YENİLƏNİR
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq
- ÇL: “Barsa” PSJ-yə məğlub oldu - YENİLƏNİB
- Valdas Dambrauskas: “Bu, bizdə məyusluq yaratdı”