2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Portuqaliya və İspaniya milliləri üz-üzə gəlirlər.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matçın ilk hissəsində hesab açılmayıb.
Gərgin keçən ikinci hissədə qol 90+1-ci dəqiqədə vurulub. Mikel Merino İspaniyanı önə keçirən qola imza atıb.
Portuqalların hesabı bərabərləşdirmə cəhdi bir nəticə verməyib və matç "qırmızı furya"nın 1:0 hesablı qələbəsiylə başa çatıb.
İspaniya adını 1/4 final mərhələsinə yazdırıb, Portuqaliya üçün isə mundial başa çatıb.
Qeyd edək ki, İspaniya 1/4 finalda Belçika - ABŞ cütünün qalibi ilə qarşılaşacaq.
DÇ-2026
1/8 final
6 iyul
23:00. Portuqaliya – İspaniya 0:1
Qol: M. Merino, 90+1
Portuqaliya: Kosta, Kanselu, Dias, Veyqa, Mendes, Neves, Vitinya, Neto, Bruno Fernandeş, Joao Feliks, Ronaldo
İspaniya: Unay Simon, Kukurelya, Laport, Kubarsi, Porro, Rodri, Pedri, Baena, Olmo, Lamin Yamal, Oyarzabal.
- Dambrauskas: “Əlimizdən gələnin ən yaxşısını edəcəyik”
- "Zirə" - "Torpedo" oyununun biletləri iyulun 7-də satışa çıxarılacaq
- Seneqal millisində gərginlik: Mane ilə Kulibali arasında fikir ayrılığı
- Henderson sevinərkən zədələndi – Oyuna çıxmadan sarı vərəqə aldı
- Daha bir əfsanədən vida: RONALDO AÇIQLADI