UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Nyukasl” matçının (1:6) ardından qonaqların baş məşqçisi Eddi Hou fikirlərini açıqlayıb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Növbəti oyununuz iki Premyer Liqa matçı aralığındadır. “Qarabağ”la matça əsas komanda ilə çıxacaqsız?
- Bir az irəli getdiniz. “Mançester Siti” ilə matçımız var. Fiziki rəqabət var. Dünən “Qarabağ”ı düşünürdük. Maraqlı oyun idi. Daha sonra düşünəcəyik.
- "Qarabağ"ın yeganə qolunu Elvin Cəfərquliyev vurdu. Bunu necə şərh edərdiniz?
- Qapıçımız kədərləndi. Oyuna fokusu itirdik və qol buraxdıq. Dominant tərəf biz idik amma boşluq buraxdıq.
- Penalti məsələsi ilə bağlı nə deyə bilərsiniz?
Penalti məsələsi də əhəmiyyətlidir. Televiziyada daha yaxşı analiz etmək olar. Entoni Qordon yenə qol vurmaq istəyirdi. Amma hər kəs komandaya dəstək göstərirdi.
- Qordon poker müəllifi oldu. Komandanın bombardirlərindən biri oldu…
- Bu, bizim üçün çox vacibdir. Bu gün pressinqimiz inanılmaz idi. Əks-hücum şanslarımız da çox oldu.
- Növbəti mərhələ üçün şanslarınız çox yüksəkdir. Necə düşünürsünüz?
- Bu, bizim üçün əla şansdır. Poztivi qiymətləndiririk.
- Meydana start heyətlə çıxdınız, digərlərinə şans verəcəksiniz?
- ”Qarabağ” “Çelsi” ilə əla oynamışdı. İlk oyunda ağdamlılar yaxşı oynadılar. Hazırlığımızı davam etdirəcəyik. Bəzi futbolçularımız meydana çıxmaq üçün həvəslidirlər.
- Növbəti dəfələrdə də bu taktikadan istifadə edəcəksiniz?
- Bəli, 4-3-3 oynadıq. Yenə bundan yararlanacağıq.
- Əhval-ruhiyyə necədir?
- Bu gün öz inancımızı təsdiq etdik. Biz ən yaxşılardanıq. Komanda olaraq bunu hər kəsə göstərmişik. Əsas olan bunu davam etməkdir. Əhval-ruhiyyəni saxlamaq istəyirik. Stabillik vacibdir.
- Qordon və Voltemadenin mövqelərini dəyişmişdiniz…
- Bəli, sadəcə bunu yoxlamaq istədik. Rotasiyalara getdik. Bu dəfə fərqli modeldən istifadə etdik. Onlar arasındakı fərqi görürsünüz. Qordon daha çox qaçan futbolçudur.
- İkinci yarıda daha passiv olmağınız nə ilə bağlı idi? “Qarabağ” üstün idi, yoxsa fiziki yorğunluq vardı?
- Bəli, ola bilsin ki, hər ikisinin təsiri var idi. “Qarabağ” ikinci yarıda topla daha çox oynadı. Bizim qol epizodlarımız az oldu.
- Püşkdə bəxtinizin gətirdiyini düşünürsünüzmü?
- Yox, qətiyyən elə düşünmədim. Mütəmadi olaraq deyirəm ki, “Qarabağ”ın oyunlarına çox baxmışam. Qalib gəlsək də, rəqib güclüdür.