FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək
F. Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) – "Mgar Yunayted" (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.
Fəridə Lütfəliyeva "Flora" – "Mgar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.
Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.
- DÇ: Millimiz 3-cü yer uğrunda matçda məğlub olub - YENİLƏNİB
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- KL: “Trabzonspor” Finlandiya səfərindən 3 xalla qayıdır, “Atalanta” “Pafos”u məğlub edib - YENİLƏNİB
- Avropa Liqasında II tura yekun vurulub – YENİLƏNİB
- AL: "Beşiktaş" 3 xalı 3 qolla qazandı - YENİLƏNİB