Finalçılar bukmeker kontorlarını yanıldacaq
30.05.2022 - 12:52
Finalçılar bukmeker kontorlarını yanıldacaq

Bu gün Kasablankada Afrika Çempionlar Liqasının final oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Misir klubu “Əl-Əhli” ilə Mərakeş təmsilçisi “Vidad” qitənin əsas klub turnirinin qalibi olmaq üçün üz-üzə gələcək.

“Əl-Əhli” son iki mövsümün çempionu olmaqla yanaşı, ÇL-in onqat qalibidir ki, bu da rekord göstəricidir. Turnirdə iki qələbəsi olan “Vidad”ın son uğuru isə 2017-ci ilə təsadüf edib.

Rusiyalı futbol eksperti Andrey Fomenko qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb. Mütəxəssis öz təxminini də bildirib:

Əl-Əhli” yarımfinalı inamlı qalibiyyətlə, “Vidad” isə çətin qələbə ilə keçdi. 2020-ci ildə bu cütlüyün yarımfinal mərhələsindəki duelində misirlilər hər iki görüşdə qələbə qazansa da, bukmekerlər bu dəfə Mərakeş klubuna cüzi üstünlük verirlər. Bu da “Vidad”ın finalı doğma arenada keçirməsi ilə bağlıdır.

Hər iki komanda əla formadadır. “Əl-Əhli” bütün yarışlarda keçirdiyi son 10 oyunun yalnız birində uduzubsa, “Vidad” Çempionlar Liqasının qrup mərhələsindən bəri ardıcıl 16 görüşdür məğlub olmur.

Bukmeker kontorları əmindirlər ki, komandalar finalı praqmatik formatda keçirəcəklər, az qol olacaq. Ancaq güman edirəm ki, finalçılar bunun tam əksini edərək, onları yanıldacaq. Nəzərə alsaq ki, klubların qol vurmaqla bağlı problem yoxdur, o zaman qarşılıqlı qollar gözləməyə dəyər.

Proqnozum: Qol/Qol gələcək.

0