İran millisi dünya çempionatları tarixinə düşüb.
Apasport.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin II turunda Belçika ilə qolsuz heç-heçə edən Asiya təmsilçisi turnir tarixinin ən yaşlı start heyəti ilə meydana çıxıb.
İran millisində oyuna start heyətində başlayan futbolçuların orta yaşı 32 il 181 gün təşkil edib. Komandada yaşı 30-dan aşağı olan cəmi 3 futbolçu yer alıb: müdafiəçi Saleh Hardani, hücumçu Məhəmməd Mohebi və yarımmüdafiəçi Səid Ezzatollahi.
Bununla da İran dünya çempionatları tarixində ən yaşlı start heyəti rekordunu yeniləyib.
Qeyd edək ki, əvvəlki rekord Almaniya millisinə məxsus idi. Almanlar 1998-ci il dünya çempionatında İranla qrup mərhələsi matçına orta yaşı 31 il 334 gün olan start heyəti ilə çıxmışdılar.