İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
11.12.2025 - 12:12
İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib

Çempionlar Liqasının altıncı turunda İspaniyada qeyri-adi anlar yaşanıb.

Apasport.az xəbər verir ki, “Estadio de la Ceramica”da keçirilən “Vilyarreal” – “Kopenhagen” qarşılaşmasının oyunöncəsi mərasimində ciddi texniki səhvə yol verilib. Belə ki, ənənəvi Çempionlar Liqası himni əvəzinə UEFA Avropa Liqasının musiqisi səsləndirilib.

Gözlənilməz durum futbolçuların da diqqətindən yayınmayıb. 

Qeyd edək ki, “Kopenhagen” Trabzonsporun sabiq hücumçusu Andreas Korneliusun 90-cı dəqiqədə vurduğu qolla 3:2 hesablı qələbə qazanıb.