Konfrans Liqası: "Sabah"ın potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB
17.06.2026 - 16:11
Konfrans Liqası: "Sabah"ın potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutur.

Püşkatmada Azərbaycan təmsilçisi "Sabah"ın potensial rəqibləri də müəyyənləşib. Komanda Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-lə bacarmasa, "Flora Tallin" (Estoniya) - "İberiya" (Gürcüstan) cütünün məğlubuna rəqib olacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək. UEFA oyunların dəqiq tarix və başlama saatlarının püşkatmadan sonra açıqlanacağını bildirib.