Konfrans Liqası: "Zirə"nin potensial rəqiblərinin adına aydınlıq gəldi - YENİLƏNİB
17.06.2026 - 16:26
Konfrans Liqası: "Zirə"nin potensial rəqiblərinin adına aydınlıq gəldi - YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutur.

Püşkatmada Azərbaycan təmsilçisi “Zirə”nin də potensial rəqibləri müəyyənləşib. Komanda I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubunu mübarizədən kənarlaşdıra bilsə, "Hegelmann" - "Payde" cütünün qalibi ilə rəqib olacaq.

İlk matç səfərdə, cavab oyunu Bakıda keçiriləcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək. UEFA oyunların dəqiq tarix və başlama saatlarının püşkatmadan sonra açıqlanacağını bildirib.