Messidən antirekord: İKİNCİ DƏFƏ UĞURSUZ OLDU
08.07.2026 - 11:26
Messidən antirekord: İKİNCİ DƏFƏ UĞURSUZ OLDU

Argentina millisi DÇ-2026-nın 1/8 final mərhələsində Misiri məğlub edib.

Apasport.az xəbər verir ki, “tanqoçular” rəqibinə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Görüş Argentina millisinin kapitanı Lionel Messi üçün əlamətdar olub. Təcrübəli hücumçu matçda penaltidən yararlana bilməyib. Bu, Messinin cari mundialda ikinci penalti uğursuzluğu olub.

O, dünya çempionatlarında əsas vaxtda iki dəfə penalti qaçıran ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Argentina millisi 1/4 finalda Kolumbiya ilə qarşılaşacaq.