Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız doğma meydanda Çexiya millisi ilə qarşılaşıb.
Görüş Masazırdakı “Bank Respublika Arena”da baş tutub. Matçı irlandiyalı baş hakim Aaron O'Doud idarə edib.
Qarşılaşmanın start fiti saat 17:45-də səslənib.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan U-21 millisi seçmə mərhələdə növbəti oyunlarını sentyabrın 30-da səfərdə Şotlandiyaya, oktyabrın 6-da isə evdə Cəbəllütariqə qarşı keçirəcək.
Avropa Çempionatı
Seçmə mərhələ
25 sentyabr
17:45. Azərbaycan U21 - Çexiya U21 1:1
"Bank Respublika Arena"
- ML: İspaniya evdə, İtaliya səfərdə məğlub oldu - YENİLƏNİB
- Türkiyə A Liqasını xalsız başa vurdu - YENİLƏNİB
- Azərbaycanın U-20 millisi 2 yoldaşlıq oyunu keçirəcək
- Portuqaliya millisi 12 ildən sonra ən ağır məğlubiyyətini yaşayıb
- ML: Norveçdən inamlı qələbə, Danimarka Portuqaliyanı darmadağın etdi - YENİLƏNİB