Poçettino ÇL finalı haqda: “Bəxt nəticəni müəyyənləşdirə bilər”
28.05.2022 - 17:52
Poçettino ÇL finalı haqda: “Bəxt nəticəni müəyyənləşdirə bilər”

“Hər şey komandaların finala necə yaxınlaşacağından asılı olacaq. “Real” bu dönəmdə az stress keçirdi, vaxtını daha yaxşı idarə edə bildi”.

Apasport.az saytının məlumatına görə, bunu PSJ-nin baş məşqçisi Mauritsio Poçettino deyib.

Argentinalı mütəxəssis Çempionlar Liqasının bu gün “Liverpul”la “Real” arasında keçiriləcək final matçını dəyərləndirib. Onun fikrincə, “kral klubu” görüşə rəqibindən daha hazırlıqlıdır:

“Liverpul” həm İngiltərə kubokunun finalında oynamalı, həm də son matça qədər Premyer Liqada mübarizə aparmalı oldu. “Mersisaydlılar”da stress səviyyəsi yüksək olan oyunçular var.

“Real” yüz faiz hazır olacaq. Finalda bəxt, forma və ya fərdi oyunçunun ilhamı kimi qeyri-sabit amillər nəticəni müəyyən edə bilər. “Real” Çempionlar Liqasının final təcrübəsi və enerji üstünlüyünə malikdir. Bu anlar onları təhlükəli edir. İspanlar  görüşün favoritidir”.

Qeyd edək ki, Parisdə keçiriləcək final qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0