PSJ ardıcıl ikinci dəfə finalda - YENİLƏNİB
07.05.2026 - 00:59
PSJ ardıcıl ikinci dəfə finalda - YENİLƏNİB

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün ikinci finalçının adına aydınlıq gəlib.

Son çempion PSJ səfərdə “Bavariya” ilə üz-üzə gəlib. Komandalar arasında son görüş Fransa təmsilçisinin 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Cavab matçı 1:1 hesablı bərabərliklə nəticələnib. Bununla da, Paris təmsilçisi həlledici matça vəsiqə qazanıb.

Qeyd edək ki, PSJ finalda “Arsenal”la qarşılaşacaq.

"Bavariya" - PSJ - 1:1
Qollar: H. Keyn, 90+3 - U, Dembele, 3