“Qarabağ”a 4 qol vurdu - ƏN YAXŞISI SEÇİLDİ
19.02.2026 - 22:21
“Qarabağ”a 4 qol vurdu - ƏN YAXŞISI SEÇİLDİ

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarının ən yaxşı oyunçusu bəlli olub.

Apasport.az xəbər verir ki, bu ada "Nyukasl"da çıxış edən Entoni Qordon layiq görülüb.

Bu barədə turnirin mətbuxt xidməti məlumat yayıb.

İngiltərəli vinger UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda Dezire Due (PSJ), Patrik Şik ("Bayer") və Kasper Hoqu ("Budo Qlimt") qabaqlayıb.

Qeyd edək ki, Entoni Qordon "Nyukasl"ın Bakıda "Qarabağ"ı 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada 4 qol vurub.