“Qarabağ”dan növbəti qazanc
10.07.2026 - 11:34
"Qarabağ"ın Avropa Liqasında "Vestri"yə qalib gəlməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin dünənki qalibiyyəti 0.250 əmsal qazandırıb. Azərbaycan reytinq cədvəlində 19.313 xalla 26-cı pillədədir.
27-ci yerdə olan Serbiyanın isə 18.125 xalı var.
98.520 əmsalla reytinqin lideri İngiltərədir.
0
0