"Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Kiyev "Dinamo"suna 0:1 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib:
“Xüsusi deyəcək söz yoxdur. İndi cavab oyununa hazırlaşmalıyıq. Qarşımızda müdafiədə çox nizam-intizamlı oynayan komanda var idi. Oyunun tempini artırmalı idik. Ancaq hava şəraiti buna tam imkan vermədi. Çox isti idi və futbolçuların üzərinə artıq yük qoymaq istəmirdim.
Bakıya qayıdacağıq və cavab görüşünə hazırlaşmaq üçün 5-6 gün vaxtımız olacaq. Həmçinin bu qədər uzaq yol qət edərək bu gün bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm”.