Romerodan zədə açıqlaması: “Bir neçə günə qayıdacağam”
23.06.2026 - 13:38
Romerodan zədə açıqlaması: “Bir neçə günə qayıdacağam”

Argentina millisinin müdafiəçisi Kristian Romero zədəsinin ciddi olmadığını bildirib.

Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin II turunun Avstriya ilə görüşündə dizindən xəsarət alıb.

O, 57-ci dəqiqədə meydanı tərk edib və yerinə Nikolas Otamendi daxil olub.

Romero matçdan sonra həkimlə danışdığını və ciddi təhlükə olmadığını deyib:

“Artıq həkimlə danışmışam. Ciddi bir şey yoxdur. Bir neçə günə komandaya kömək etmək üçün qayıdacam. Yenə dizimdir. Məni medial kollateral bağ narahat edir, amma oynayacam”.

Qeyd edək ki, Argentina Avstriyanı 2:0 hesabı ilə məğlub edərək qrupda xallarının sayını 6-ya çatdırıb və pley-offa vəsiqəni təmin edib. Son dünya çempionu qrup mərhələsinin son turunda iyunun 27-də İordaniya ilə qarşılaşacaq.