Seneqal millisində gərginlik: Mane ilə Kulibali arasında fikir ayrılığı
06.07.2026 - 13:38
Seneqal millisində gərginlik: Mane ilə Kulibali arasında fikir ayrılığı

Seneqal millisində daxili narazılıq yaranıb.

Apasport.az xəbər verir ki, bu barədə “Goals Side” nəşri məlumat yayıb.

Komandanın iki lideri Sadio Mane və Kalidu Kulibali arasında fikir ayrılığı yaşanıb. Buna səbəb müdafiəçi Malanq Sarrın DÇ-2026 üçün heyətə daxil edilməsi olub.

Mane Sarrın milliyə çağırılmasını dəstəkləyib. Kulibali isə bu qərara qarşı çıxıb.

Qeyd edək ki, Seneqal millisi DÇ-2026-da mübarizəni 1/16 final mərhələsində dayandırıb. Afrika təmsilçisi Belçikaya 2:3 hesabı ilə məğlub olub.

Komandanın turnirdən kənarda qalmasından sonra yarımmüdafiəçi Pap Geye hazırkı məşqçilər korpusu ilə millidə oynamayacağını açıqlayıb. Seneqal millisinə Pap Tiau rəhbərlik edir.