“Siti” “Liverpul”u darmadağın etdi
04.04.2026 - 18:22
İngiltərə FA Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün "Mançester Siti" meydana çıxıb.
Komanda "Liverpul"la qarşılaşıb. Oyunda hesab ilk yarıda açılıb. Erlinq Haaland fərqlənib. Çox keçmədən o, dubl müəllifi olub.
İkinci hissədə Antoni Semenyo fərqi üç topa çatdırıb. Haaland isə matçda het-trik müəllifi olub - 4:0.
Qeyd edək ki, bu mərhələnin matçları bir görüşdən ibarətdir.
0
0