Türkiyə Belçika səfərindən əliboş qayıdır - YENİLƏNİB
03.10.2026 - 00:37
Türkiyə Belçika səfərindən əliboş qayıdır - YENİLƏNİB

Türkiyə millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Vinçenzo Montellanın baş məşqçisi olduğu kollektiv A Liqasının 1-ci qrupunun III turunda səfərdə Belçika ilə qarşılaşıb.

Görüş Lyej şəhərindəki “Moris Düfren” stadionunda keçirilib və Bakı vaxtı ilə saat 22:45-də başlayıb.

Ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0.

UEFA Millətlər Liqası

A Liqası, 1-ci qrup, III tur

22:45. Belçika – Türkiyə 3:0