Misir millisinin DÇ-2026-nın 1/16 finalında Avstraliya ilə keçirəcəyi oyun öncəsi hazırlığı qalmaqalla yadda qalıb.
Apasport.az xəbər verir ki, hadisə komandanın Dallasdakı otelinin qarşısında baş verib.
Misir yığması otelə çatdıqdan sonra çoxlu sayda azarkeş futbolçuları qarşılamaq üçün əraziyə toplaşıb. Onlar oyunçularla şəkil çəkdirmək, avtoqraf almaq və millinin üzvlərini yaxından görmək istəyiblər.
Lakin qısa müddət sonra vəziyyət gərginləşib. Sosial şəbəkələrdə yayılan görüntülərdə polis əməkdaşları ilə Misir nümayəndə heyətinin üzvləri arasında mübahisə yaşandığı görünür. Kadrlarda təhlükəsizlik əməkdaşlarının Misirin məşqçilər korpusunun üzvlərini itələdiyi əks olunub.
Məlumata görə, insident polisin azyaşlı azarkeşin Misir millisinin üzvləri ilə şəkil çəkdirməsinə mane olmasından sonra böyüyüb.
Qeyd edək ki, Misir millisi DÇ-2026-nın qrup mərhələsini G qrupunda ikinci pillədə başa vuraraq pley-offa yüksəlib. “Fironlar” 1/32 finalda Avstraliya ilə qarşılaşacaq.