“Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-i məğlub edib - 2:0.
Apasport.az xəbər verir ki, matçdan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
“Hər kəsi qələbə münasibətilə təbrik edirəm. Çətin oyun oldu. Mümkün qədər çox hücum etməyə çalışdıq. Gözlədik və nəhayət istədiyimiz qolu vurduq. Səfərdə bizi çətin qarşılaşma gözləyir. Rəqib artıq iki qol fərqi ilə geridədir. Ev oyunlarında irəli atılmağa çalışacaqlar. Biz də boşluqlardan istifadə etməyə çalışacağıq. İlk hissədə daha yaxşı oynadıq. Boşluqları dolduran komanda olmaq istəyirdik. İlk qolu künc zərbəsindən vurduq. Daha sonra oyun epizodunda fərqləndik. Son dəqiqəyə qədər oyuna dominantlıq edən tərəf idik".
- Solvetin qırmızı vərəqə alması cavab oyununda sizə nə dərəcədə çətinlik yaradacaq?
- Görəcəyik. Ötən mövsüm bəzi oyunlarımızı Solvetsiz də çıxış etmişik. Stiv bizim üçün önəmli oyunçudur, fantastik insandır. Onsuz bizə çox ağır olacq. Çalışacağıq ki, bunun öhdəsindən gələk. Ehtiyatda onu əvəz edəcək 2 oyunçumuz var. Keyfiyyətli oyunçularımız var. Oyuna sonradan daxil olanlar da bunu göstərdilər.
- Daha böyük hesablı qələbə qazanmaq şansınız var idi. 2:0 hesabı cavab görüş öncəsi nə dərəcədə risklidir?
- Daha çox qollar vurmaq istəyərdik. Amma 2:0 da yaxşı hesabdır. Daha çox qollar gözləyirdim. İnanıram ki, səfərdə daha çox qol vura biləcəyik. Rəqib risk edəcək. Bugünkü oynadıqlarından fərqli olaraq cəsarətli oynayacaqlar. Boşluqlardan yararlanmalıyıq. 3:0, 2:0-dan daha yaxşıdır.
- Stiv Solvetə göstərilən qırmızı vərəqəyə görə veriləcək cəzanın təxirə salınması üçün UEFA-ya müraciət etməyi planlaşdırırsız?
- Bizim prezidentimiz İlham Əliyevdir. Azərbaycanda bütün futbol qaydalarına riayət edilir. Heç bir şeyə müdaxilə edilmir. Fikrimcə, hər bir lider işi ilə məşğul olmalıdır.
- Bir həftə ərzində yeni transferlər baş tuta bilər?
- Əlbəttə bu barədə danışmaq erkəndir. Səfər oyunumuzda daha çox bərpa prosesinə fikir verəcəyik. Oyunçularımız daha yaxşı hazırlaşmalıdır. Hazırda orada kimlərin oynayacağını görəcəyimiz tezdir. Bizdə iş heç vaxt dayanmır, transfer pəncərəsi dayananda da, işləyəndə də. Bizim üçün ən önəmlisi Uelsdəki oyuna köklənməkdir. Daha sonra növbəti rəqibə köklnıcəyik. Zədələr də ola bilər. Ümid bəslədiyimizdən də aşağı şəkildə çıxış edə bilərlər. Onda çalışacağıq daha yaxşı oyunçu gətirək. Komandamızın kifayət qədər potensiallı oyunçuları var. Bunun üzərində də işləməliyik.
- Rəqib baş məşqçi daha çox uzun yoldan şikayətləndi. Siz də səfər görüşü üçün uzun yol qət edəcəksiz. Bu sizin üçün nə dərəcədə problem yaradacaq?
- Onlar necə bura gəlibsə, biz də uzun yol gedəcəyik. Süni meydançada oynayacağıq. Bu bir çağırışdır və bunu qəbul etməliyik. Elə etməliyik ki, rəqiblə oynayanada, heç bir bəhanəmiz olmasın.