“Vestri”nin baş məşqçisi: “Qarabağ” fantastik oynadı
09.07.2026 - 23:35
“Vestri”nin baş məşqçisi: “Qarabağ” fantastik oynadı

"Qarabağ" Avropa Liqasının I təsnifat mərhələsində "Vestri"ni məğlub edib - 3:0.

Apasport.az xəbər verir ki, matçdan sonra İslandiya təmsilçisinin baş məşqçisi Daniel Osafo-Badonun mətbuat konfransı keçirilib.

"Çox çətin oyun oldu. "Qarabağ" keyfiyyət göstərdi. Oyunçularımın göstərdiyi oyundan razıyam, fəxr edirəm. Gözəl müdafiə olunduq. Üç qoldan ikisi səhvlərimizdən irəli gəldi. Oyunçularımdan razıyam".

- Demək olar ki, daha böyükhesablı məğlubiyyətdən ehtiyat edirdiniz?
Xeyr, xeyr. Səhv başa düşülməsin. Nəticədən məmnun qalmadım. Sadəcə qazandığımız təcrübədən və oyunçularımın performansından razı qaldım.

- Növbəti matç üçün nəyi dəyişməyi planlaşdırırsınız?
- Vaxtımız var. Buna ciddi fokuslanmalıyıq. Daha çox topla oyunu və keyfiyyəti artırmalıyıq.

- Oyunçularınızdan hansı məqamlarda razı qaldınız?
- "Qarabağ" fantastik oynadı. Onlara qarşı oynamaq çətindir. Rəqib boşluqlardan yararlandı. Eşitmişdim ki, kimlərsə ehtimal edirdi ki, "Qarabağ" bizə 10 qol vuracaq. İlk hissə 1:0 olsaydı, daha fərqli olardı.