Vinisius tarixə düşdü: Braziliyada 5-ci oldu
25.06.2026 - 13:54
Vinisius tarixə düşdü: Braziliyada 5-ci oldu

Braziliya millisinin hücumçusu Vinisius Junior DÇ-2026-da adını tarixə yazdırıb.

Apasport.az xəbər verir ki, 25 yaşlı vinger dünya çempionatının qrup mərhələsinin hər üç oyununda qol vuran Braziliya millisinin 5-ci futbolçusu olub.

Vinisius C qrupunun I turunda Mərakeşlə görüşdə fərqlənərək hesabı bərabərləşdirib. O, Haitiyə 3:0 hesabı ilə qalib gəldikləri matçda da adını tabloya yazdırıb.

“Real”ın futbolçusu qrupun son turunda Şotlandiya ilə qarşılaşmada isə dubl edib. Braziliya həmin görüşdə 3:0 hesablı qələbə qazanaraq pley-offa qrup lideri kimi yüksəlib.

Qeyd edək ki, daha əvvəl Braziliya millisində yalnız Jairzinyo, Romario, Ronaldo və Rivaldo dünya çempionatının qrup mərhələsində ardıcıl 3 oyunda qol vurmağı bacarıb.