Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin 3 idmançısı döyüşünü qələbə ilə başa vurub.
Tural Sarıyev 48 kq çəki dərəcəsində 1/4 finalda Laşa Kereselidzeni (Gürcüstan) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Boksçumuz bu mərhələdə türkiyəli Samet Oruc Salihlə döyüşəcək.
51 kq çəki dərəcəsində Nicat Hüseynov da adını yarımfinala yazdırıb. O, Rafael Serranoya (İspaniya) 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gələrək bu hüquqa yiyələnib. Hüseynov yarımfinalda serbiyalı Omer Ametoviçlə üz-üzə gələcək.
80 kq çəki dərəcəsində Murad Allahverdiyev də eyni uğuru davam etdirib. O, 1/4 finalda Matviy Rajbanı (Ukrayna) mübarizədən kənarlaşdırıb - 3:2 (30:27, 30:27, 28:29, 30:27, 28:29). Allahverdiyev növbəti sınağında serbiyalı Ahmed Mavriçlə qarşılaşacaq.
Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər. Bu mərhələnin döyüşləri oktyabrın 17-də olacaq.
Qeyd edək ki, bir gün öncə yığmamızın boksçusu Marjona Savriyeva (50 kq) da 1/4 final görüşünü qələbə ilə başa vurub.
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
- Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- "Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq
- “Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub