6 idmançımız Konstantin Korotkov Memorialında iştirak edəcəklər
14.05.2024 - 12:56
Azərbaycanı Rusiyanın Xabarovsk şəhərində keçiriləcək Konstantin Korotkov Memorialında 6 boksçu təmsil edəcək.
Apasport.az xəbər verir ki, məşqçilər korpusu yarışda Ümid Rüstəmov (57 kq), Maqsud Xasmetov, Əzrək Bəbirov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), İlqar Salahov (67 kq) və Mirşərif Kazımzadəyə (75 kq) şans verəcəklər.
Qeyd edək ki, 5 gün davam edəcək Memorialda Rusiya və Azərbaycanla yanaşı, Özbəkistan, Qırğızıstan, Tacikistan, Monqolustan, Belarus və Serbiya boksçuları da mübarizə aparacaqlar.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0