Azərbaycan təmsilçiləri Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Dünya Kuboku statuslu "Adriatik incisi" beynəlxalq turnirini dörd medalla başa vurublar.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Komandanın heyətində Rza Rzayev (70 kq) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər boksçulardan Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər. Millimiz bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu