Azərbaycanın daha iki boksçusu Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda qələbə qazanıb.
Apasport.az xəbər verir ki, reytinq xarakterli yarışın ikinci Zidan Hünbətov (55 kq) 1/16 finalda Aqustin Susloaqanı (Uruqvay) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27).
O, növbəti görüşünü Rafael Lozano Serranoya (İspaniya) qarşı keçirəcək. Döyüş aprelin 23-də baş tutacaq.
Məhəmməd Abdullayev (+90 kq) də Dünya Kubokuna qələbə ilə başlayıb. Boksçu 1/8 finalda Yakub Domuradı (Polşa) 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Abdullayev ikinci görüşündə Luka Pratljaçiçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş aprelin 24-də baş tutacaq.
Qeyd edək ki, Dünya Kubokuna aprelin 26-da yekun vurulacaq. Daha əvvəl Nəbi İsgəndərov (70 kq) rəqibini məğlub edib.
- Azərbaycan boksçuları Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
- 3 boksçumuz Dünya kubokunda mərhələ adlayıb
- İki boksçumuz Dünya kubokuna qələbə ilə başlayıb
- Azərbaycanın yeniyetmə boksçuları Serbiyadakı Millətlər Kubokunda 13 medal əldə ediblər
- Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar