Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.
Apasport.az xəbər verir ki, mundialın ikinci günündə Avropa çempionu Sübhan Mamedov (48 kq) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb.
Boksçu üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.
Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçu 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.
- Dünya çempionatında daha 3 boksçumuz qələbə qazanıb
- Millimiz Avropa çempionatına 20 boksçu ilə qatılacaq
- Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
- Azərbaycan boksçuları neft ölkələri arasında Dünya kubokunda mübarizə aparacaqlar
- ABF rəhbərliyi dünya çempionatından öncə milli üzvləri ilə görüşüb