Boksçularımız beynəlxalq turnirdə iştirak edəcək
25.08.2024 - 12:36
Avqustun 26-da Rusiyanın Çita şəhərində gənc boksçular arasında beynəlxalq turnir start götürəcək.
Apasport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Yarışda baş məşqçi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (54 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 57 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) mübarizə aparacaq.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0