Boksçularımız Debretsendə beynəlxalq turnirdə mübarizə aparacaq
10.03.2025 - 17:17
Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək.
Apasport.az xəbər verir ki yarışda Azərbaycan millisi 6 idmançı ilə təmsil olunacaq.
Məşqçilər heyəti Debretsendə Tural Sarıyev (50 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (65 kq), Mehdi Həsənov (70 kq), Fəqan Məmmədov (80 kq) və Sürət Qarayevə (90 kq) şans verəcək.
Qeyd edək ki, martın 11-də start götürəcək turnir ayın 15-də başa çatacaq.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0