Gənc boksçulardan ibarət Azərbaycan millisi Rumıniyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Apasport.az xəbər verir ki, komandamız Breila şəhərində təşkil olunacaq “Drakula Open”ə 14 idmançı ilə qatılacaq.
Baş məşqçi Elbrus Rzayev yarışda Bilalhəbaşi Nəzərov, Hikmət Məmmədov (hər ikisi 48 kq), Nihat Qasımov (51 kq), Zidan Hümbətov (54 kq), Sübhan Babayev (57 kq), Baqir Əmirxanlı (60 kq), Vüsal Xəlilov (63,5 kq), Valeh Eyvazlı (67 kq), Rza Rzayev (71 kq), Abbasqulu Şadlinski, Renat Qiyaslı (hər ikisi 75 kq), Mircəlal Mirağayev (80 kq), Hüseyn Hüseynli (92 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.
Turnirdə Rövşən Qədirov və Qalib Əbiyev ölkəmizi hakim kimi təmsil edəcək.
Qeyd edək ki, fevralın 16-da başlayacaq “Drakula Open”də final döyüşləri ayın 23-də olacaq.
- Dörd boksçumuz Avropa çempionatının 1/4 finalında
- Azərbaycanın 3 boksçusu dünya çempionatında yarımfinala yüksəlib
- Boksçumuz Avropa çempionatında ilk qələbəsini qazanıb
- Dünya çempionatı: Azərbaycanın səkkiz boksçusu 1/4 finalda mübarizə aparacaq
- Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub