Boksçularımız Dünya kubokunda 4 medal qazanıblar
06.12.2025 - 21:24
Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən boks üzrə Dünya kuboku başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi 15 ölkənin qatıldığı yarışda 4 medal qazanıb.
Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kq) Dünya kubokunun qalibi olub. O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.
Digər boksçularımızdan Yadigar Əliyev (51 kq) gümüş, Əli Miriyev (60 kq) və Novruzəli Quliyev (75 kq) bürünc mükafat əldə edib.
- Boksçularımız Debretsendə beynəlxalq turnirdə iştirak edəcəklər
- Azərbaycanın boks millləri beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Boksçularımız Monteneqro kubokuna yollanıblar
- Azərbaycan boksçuları "Adriatik incisi" turnirini dörd medalla başa vurublar
- Yeniyetmə boksçularımız Şamaxıda hazırlığa başlayıb
0
0