Boksçularımız Monteneqro kubokuna yollanıblar
13.03.2026 - 10:53
Martın 15-də Budvada boks üzrə Monteneqro kuboku start götürəcək.
Apasport.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi 2 idmançı ilə mübarizə aparacaq.
Yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında Tağı Nəsibov və Məhəmmədəli Qasımzadə rinqə çıxacaqlar. Onların hər ikisi 60 kq çəki dərəcəsində döyüşəcəklər.
Qeyd edək ki, bu gün Budvaya yollanan komanda martın 22-də Bakıya qayıdacaq.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0