Boksçularımızdan uğurlu start
12.10.2024 - 20:34
Boksçularımızdan uğurlu start

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək boksçular arasında Avropa çempionatına start verilib. 

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin 2 üzvü turnirə qələbə ilə başlayıb. 

60 kq çəki dərəcəsində Ruslan Qədirov 1/16 finalda Georgios Georgantsasla (Yunanıstan) üz-üzə gəlib. Hər 3 raundda üstün olan boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Stefan Samoviçlə (Serbiya) döyüşəcək. 

Qədirovun uğurunu İlqar Salahov da davam etdirib. 67 kq-da mübarizə aparan milli üzvü xorvatiyalı Qoran Mioçiçə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Salahov 1/8 finalda Safi Abo Şabanla (İsrail) münasibətinə aydınlıq gətirəcək. 

Qeyd edək ki, yığmamız çempionata 13 boksçu ilə yollanıb. 

0