Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatında 1/4 final döyüşləri keçirilib.
Apasport.az xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin daha 1 idmançısı qələbə qazanaraq yarımfinala yüksəlib.
63,5 kq Malik Həsənov üçüncü görüşündə Din Klensi (İrlandiya) ilə qarşılaşıb. Boksçumuz rəqibini hər 3 raundda məğlub edib. Həsənov yekunda Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısına 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayacaq.
Bununla da yarımfinala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Özləri üçün ən azı bürünc medalı təmin edən təmsilçilarımız bu mərhələnin görüşlərinə aprelin 25-də çıxacaqlar.
Qeyd edək ki, bir gün öncə Alfonso Dominqes (92 kq) də yarımfinalda iştirak hüququ qazanıb.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu