Boksçumuz finalda erməni rəqibini məğlub etdi, qızıl medal qazandı
29.10.2024 - 13:13
Azərbaycan boksçusu Əli Əliyev (46 kq) Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında Ermənistan idmançısına qalib gələrək qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, o, həlledici görüşdə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Azərbaycan boksçularının Manamada ilk qızıl medalı olub.
Qeyd edək ki, hesabında 2 bürünc medal olan oğlanlardan ibarət komandanın heyətində daha 8 boksçu finalda döyüşəcək.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
1
0