Monteneqronun Budva şəhərində keçirilən gənc boksçular arasında dünya birinciliyində final görüşlərinə start verilib.
Apasport.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin üzvü Bilalhəbaşi Nəzərov (48 kq) rinqə çıxıb.
O, həlledici görüşdə Safyiddin Sabirovla (Özbəkistan) qarşılaşıb. Görüş rəqibin 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə başa çatdığından Nəzərov dünya birinciliyini gümüş medalla başa vurub.
Bu, milli komandamızın mundialda rəsmiləşən 4-cü mükafatı olub. Boksçularımızdan daha öncə Məhəmmədəli Qasımzadə (60 kq), Zidan Hümbətov (51 kq) və Aynur Mikayılova (57 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, sabah keçiriləcək final mərhələsinin ikinci günündə Əli Abdullayev (63,5 kq) də rinqə çıxacaq. O, çempionluq görüşündə Abdulaziz Jurakulovla (Özbəkistan) döyüşəcək.
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
- Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- "Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq
- “Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub