Azərbaycan milllisi Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən boks üzrə dünya birinciliyində daha bir medal qazanıb.
Apasport.az xəbər verir ki, Əli Abdullayev turniri gümüş medalla başa vurub.
63,5 kq çəkidə mübarizə aparan milli üzvü finalda Abdulaziz Jurakulovla (Özbəkistan) qarşılaşıb. Görüş üçüncü raundda həkimlərin qərarı ilə dayandırılıb və rəqib qalib elan edilib. Nəticədə Abdullayev mundailı ikinci pillədə bitirib.
Bununla da milli komandamız dünya birinciliyini 5 medalla başa vurub. Əlidən öncə Bilalhəbaşi Nəzərov (48 kq) gümüş, Məhəmmədəli Qasımzadə (60 kq), Zidan Hümbətov (51 kq) və Aynur Mikayılova (57 kq) bürünc mükafat qazanıb.
Qeyd edək ki, yığmamız medal sayında mundiallar tarixində özünün ən yaxşı göstəricisinə imza atıb.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu