Azərbaycan millisinin daha üç boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyində yarımfinala vəsiqə qazanıb.
Apasport.az zəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Aynur Mikayılova (57 kq) Reka Varqa Sara (Macarıstan) ilə qarşılaşıb. O, ilk raundda tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib və özü üçün azı bürünc medalı təmin edib. Bu, ölkənin boks tarixində yeni rekorddur. Mikayılova fəxri kürsüyə qalxacaq ilk azərbaycanlı qız boksçu olacaq. Finala gedən yolda rəqib türkiyəli Pinar Benek olacaq.
Məhəmmədəli Qasımzadə (60 kq) də növbəti qələbəsini qazanıb. Boksçu Sandro Spicaya (Fransa) 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda Platon Kozlovla (Rusiya) döyüşəcək.
Zidan Hümbətov (51 kq) isə 1/4 finalında gücünü Meroj Sufijonova (Tacikistan) göstərib. O, rəqibini 3:2 (27:30, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. Hümbətov yarımfinalda Castin Morena (Kolumbiya) ilə qüvvəsini sınayacaq.
1/4 final döyüşlərində qələbə qazanan təmsilçilərimiz özləri üçün azı bürünc medalı da təmin ediblər.
Beləliklə, dünya birinciliyinin yarımfinalında Azərbaycanın 5 idmançısı mübarizə aparacaq. Daha öncə Bilalhəbaşi Nəzərov (48 kq) və Əli Abdullayev (63,5 kq) də bu hüquqa yiyələnib.
Qeyd edək ki, yarımfinal mərhələsinin görüşləri bu gün keçiriləcək.
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
- Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- "Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq
- “Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub