Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi adına sahib olub.
Apasport.az xəbər verir ki, yığmamızın heyətində Ömər Aslanlı (54 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda Maksim Çekinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.
Bununla da millimiz Avropa birinciliyini 2 qızıl medalla başa vurub. Komandamızın heyətində daha öncə Bilalhəbaşi Nəzərov (48 kq) Avropa çempionu tituluna layiq görülüb.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu