Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.
Apasport.az xəbər verir ki ,bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bilalhəbaşi Nəzərovun (48 kq) ardınca Əli Abdullayev (63,5 kq) də yarımfinal görüşündən qalib ayrılıb.
O, finala gedən yolda Camel Cemmalı (Fransa) 4:1 (27:30, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. Boksçu qızıl medal uğrunda görüşdə Abdulaziz Jurakulovla (Özbəkistan) döyüşəcək.
Millinin digər üzvlərindən Məhəmmədəli Qasımzadə (60 kq) Platon Kozlova (Rusiya), Zidan Hümbətov (51 kq) Castin Morenaya (Kolumbiya) məğlub olduqları üçün bürünc medala yiyələniblər.
Qeyd edək ki, daha öncə Aynur Mikayılova (57 kq) dünya birinciliyini 3-cü yerdə başa vurub.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu