Fərid Əlibabazadə Qazaxıstanda birinci oldu
27.08.2024 - 10:33
Azərbaycanlı idmançı Fərid Əlibabazadə (57 kq) Qazaxıstanın Almata şəhərində keçirilən MMA üzrə "Octagon” liqasında rinqə çıxıb.
Apasport.az xəbər verir ki, o, Askar Jaksilikovla kəmər uğrunda mübarizə aparıb.
Fərid 5-ci raundda boğucu fənd işlədərək, qələbə qazanıb.
Azərbaycanlı boksçu liqanın çempionu olub.
Qeyd edək ki, Əlibabazadə keçirdiyi 17 görüşün 10-da qələbə qazanıb, 7-də uduzub.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0