Azərbaycanın iki boksçusu Macarıstanın Eqer şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə finala yüksəlib.
Apasport.az Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarımfinalda Tağı Nəsibov (60 kq) macarıstanlı Daniel Frankla qarşılaşıb.
Boksçumuz 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə qələbə qazanaraq finala yüksəlib. O, həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gələcək.
Abbasqulu Şadlinski (71 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. O, yarımfinalda Rastislav Aniskodan (Slovakiya) güclü olub – 5:0 (29:27, 29:28, 29:28, 29:28, 29:28). Şadlinski finalda Arpad Jamborla (Macarıstan) qarşılaşacaq.
Qeyd edək ki, final döyüşləri bu gün keçiriləcək.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu