Xəbər verdiyimiz kimi, Fransanın paytaxtı Parisdə keçirilən Olimpiya Oyunlarında italiyalı qadın boksçu Angela Karini əlcəzairli rəqibi İmane Xeliflə döyüşü tamamlamaqdan imtina edib.
Buna səbəb əlcəzairlinin ona endirdiyi qüvvətli zərbədən sonra burnundan zədə alması olub.
Apasport.az xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç Parisdə keçirilən Olimpiya Oyunlarında gender testindən keçə bilməyən boksçu ilə Karinin döyüşünü "dəlilik" adlandırıb:
"Təsəvvür edin ki, bu xəstəlik və çılğınlıq dünyanı idarə etməyə başlayıb. İndi kişilər gəlib qadınları döyür və medal alırlar. Dəlilik dünyanı zəbt edib", - Serbiya lideri bildirib.
Qeyd edək ki, İmane Xelif 2023-cü ildə cinsiyyət uyğunluq testini keçə bilməmişdi. Həmin vaxt İmana Qadınlar Boks Liqasından uzaqlaşdırılmışdı.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu